Moldova NATO-ya dəvət edildi - Gözlənilməz qərar

Moldova ilk dəfə olaraq Şimali Atlantika Alyansının (NATO) sammitinə dəvət edilib.

AzNews.az-ın "Azadlıq" radiosuna istinadən verdiyi məlumata görə, sentyabrda Cənubi Uelsdə keçirilən sammitə dəvət edilən Moldova bu barədə məlumatı adıçəkilən ölkənin xarici işlər və Avropaya inteqrasiya naziri Nataliya Qerman deyib.

Nazir ümid edib ki, sammitdə Rusiyanın 14-cü hərbi kontingentinin Moldova ərazisindən – tanınmamış Dnestryanı Respublikadan çıxarılması da müzakirə ediləcək.

Məlumatda o da bildirib ki, Moldova artıq uzun müddətdir NATO-nun ölkə üzrə nümayəndəliyinin açılması üçün adıçəkilən quruma müraciət edib.

Məhəmməd
AzNews.az