11 polis həbs olundu - VİDEO

Türkiyədə 22 iyul əməliyyatları çərçivəsində saxlanılan 49 polis əməkdaşından 11-i barəsində həbs qərarı verilib. AzNews.az xəbər verir ki, İstanbulun Terrorla Mübarizə şöbəsinin keçmiş müdiri Yurt Atayün də həbs olunanlar sırasındadır. Məlumata görə, barəsində həbs qərarı çıxarılan polislər Metris qapalı tipli cəzaçəkmə müəssisəsinə göndərilib. Çevik polis alayının və zirehli avtomobillərin müşayiəti ilə müəssisəyə gətirilən şəxslər yaxınları ilə görüşə bilməyiblər.




İntiqam Valehoğlu
AzNews.az