İlan Bakı sakinini sancdı

Bakının Qaradağ rayonunda ilan 27 yaşlı gənci sancıb.

AzNews.az xəbər verir ki, hadisə iyulun 29-da Qaradağ rayonu Lökbatan qəsəbəsində həyət evlərinin birində baş verib.

1987-ci il təvəllüdlü Taleh Heybətov yaşadığı evdə həyətyanı işlərlə məşğul olan zaman ilan onun ayağından sancıb.

T. Heybətov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib.

Xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.

Amid
AzNews.az