Sabahın hava temperaturu - 38 dərəcə

Sabah Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, iyulun 31-də Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz mülayim cənub şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.
Bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çağacağı və qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəsək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti olacaq.

Dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

AzNews.az