Vüqar Muradov: “Kənan M.M məni sındırmaq istəyirdi” - MÜSAHİBƏ

Müğənni Vüqar Muradov rejissor Kənan M.M-lə aralarında baş verən davaya aydınlıq gətirib.

Sənətçi AzNews.az-ın suallarını cavablandırıb:


-Vüqar, bu gün həbs olunan rejissor Kənan M.M-lə dava etdiyiniz və onun saxlanmasının da məhz buna görə baş verməsi barədə xəbərlər yayılıb. Bilmək istərdik, hadisə necə baş verdi?


-15 nəfər idmançı ilə üstümə gəlmişdi. Yanındakılardan biri məşqçisi Emil Hacıyev idi. Yaxşı ki qarşısı alındı. 15 nəfər üstümə hücuma gəlmişdi. Mən isə qardaşımlaydım.

-Xəsarət almısınız?

-Yox, xəsarət almamışam.

-Siz 2 nəfərlə 15 nəfər idmançıya qarşı necə müdafiə olundunuz?

-Müdafiə olunduq, Allahın izniylə. Birtəhər vəziyyətdən çıxdıq.

-Məsələyə dərhal polis qarışdı?

-Bəli.

-Hadisə harda baş verib?

-Mən avtomobilimi düzəltdirirdim. Usta yanında idim.

-Yəqin ki, münasibətləriniz "Ulduzların döyüşü" telelayihəsindən sonra gərginləşmişdi.

-Bəli, elədir.

-Bəs nə baş verdi ki, münasibətlər bu qədər gərginləşdi?

-Üstümə məni sındırmaq məqsədilə gəlmişdi. Həmin layihədə məğlubiyyətilə barışmadığı üçün məni sındırmaq istəyirdi.

-İçinizdə ona qarşı kin qalıb?

-Bağışlayıram. Mən kişiyəm, mənim şərəfim var. Mənə yaraşmaz. Birinci növbədə insanam.

-Polisdə sizi üzləşdirdilər yəqin ki...

-Bəli, üzləşdik. Bu barədə daha artıq danışmaq istəmirəm, bağışlayın.



İntiqam Valehoğlu
AzNews.az