Abşeron sakini Lerikdə çayda çimərkən boğuldu

Abşeron sakini Lerikdə çayda çimərkən suda boğulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, iyulun 29-da Lerik rayonu, Hamarmeşə kəndinin ərazisində Abşeron rayon sakini Şamxal Cəfərov çayda çimərkən suda boğulub.

Onun meyiti sudan çıxarılıb.

AzNews.az