AYB-nin katibi: “Yazıçıların imkanları çox deyil, dolanışıqları zəifdir”

"Azərbaycan Yazıçılar Birliyinin üzvü olan yazıçıların real sayı 1600 nəfərdən çoxdur".

Bunu AzNews.az-a açıqlamasında Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca deyib.

Onun sözlərinə görə, Birliyin üzvlərinin sayı ilə əlaqədar göstərilən rəqəm doğru deyil: "Hazırda qurumun 1600 nəfər üzvü var. Onlardan bəziləri dünyasını dəyişib. Ümumiyyətlə isə üzvlərimizin məlumat kitabcaları var. Kitabçalarda dəyişiklik edildiyindən bəziləri bunları birliyə təhvil verməyib. Bir sözlə vəsiqələrin dəyişdirilməsi prosesi başa çatmayına qədər dəqiq say bilinməyəcək. Bu günə kimi 500 adam öz vəziqəsini dəyişib".

F. Qoca bildirib ki, yazıçıların imkanları çox deyil, dolanışıqları zəifdir: "Üzvülük haqqı da verməli, həkimdən keçməlidirlər. Bunlar da imkana bağlı işlərdir".

Xatırladaq ki, mediada Yazıçılar Birliyinin qurultaydan sonra vəsiqə verilən üzvlərinin sayının 650 olduğu göstərilib.

Bahar Rüstəmli
AzNews.az