TQDK Tibb Universitetinin hərbi həkim ixtisasına keçid balını elan etdi

AzNews.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Tibb Universitetinin hərbi tibb fakültəsi üzrə rezidenturaya qəbul imtahanında iştirak etmiş namizədlərə müraciət edib.

Müraciətdə deyilir ki, müsabiqəyə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsində - baza fənləri üzrə 40 bal və II mərhələsində - ixtisas fənləri üzrə 40 bal, cəmi 80 bal toplamış namizədlər buraxılırlar.

Qeyd edək ki, TQDK iyulun 26-da Universitetin hərbi tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının I mərhələsini, iyulun 27-də isə II mərhələsini keçirib.

AzNews.az