“Yol terroru“nun acı fəsadları - 18 ölü

Son 5 gün ərzində Azərbaycan ərazisində 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 18 nəfər ölüb, 27 nəfər nəfər yaralanıb.

Daxili İşlər Nazirliyindən (DİN) AzNews.az-a verilən məlumata görə, iyulun 25-də respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

İyulun 26-da ölkədə 2 yol qəzası baş verib, 1 nəfər ölüb, 6 nəfər yaralanıb. İyulun 27-də isə baş verən 7 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

Müqəddəs Ramazan bayramının qeyd edildiyi bazar ertəsi və çərşənbə axşamı günləri də ağır yol qəzaları qeydə alınıb. Belə ki, iyulun 28-də yollarda 6 qəza qeydə alınıb. Nəticədə 8 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İyulun 29-da isə respublikada 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

AzNews.az