“Real Madrid“ - “Roma“ oyununda gərginlik - VİDEO

Dünən "Real Madrid" ilə "Roma" arasında keçirilən hazırlıq oyununda qəribə hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, oyun başlamazdan əvvəl "Roma"nın futbolçusu Keyta ilə "Madrid"li Pepe arasında gərginlik yaşanıb. Keyta ilk öncə portuqaliyalı futbolçu Pepenin əlini sıxmayıb, daha sonra da üzünə su butulkası atıb.

Bundan sonra futbolçular arasında gərginlik artıb. Pepe isə bu hadisəyə gülümsəyərək reaksiya göstərib. Keytanın bu addımı atmasından təəccüblənən futbolçular isə nə baş verdiyini anlamayıblar. Amma əslində Keytanın bu cür hərəkət etməsinə səbəb intiqam hissini boğa bilməməsi olub.

Belə ki, 3 il öncə "Barselona" formasını geyən Seydu Keyta o dövrdə "Real Madrid" matçında onu təhqir edən Pepedən acıq çıxıb. 2011-ci ildə baş tutan "El Klassiko"da Pepe Keytaya meymun deyib.




AzNews.az