- Köhnə - Hadisə
- 31 İyul 2014 10:57
- 1 598
Azərbaycanlı minaya düşdü
ANS PRESS-in məlumatına görə, hadisə qızğın döyüşlərin getdiyi Luqanskda baş verib. Telman Sədi oğlu Cəfərov adlı azərbaycanlı minaya düşərək həlak olub. Bu barədə məlumatı ANS PRESS-ə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov deyib.
O, bildirib ki, həmin ərazidə vəziyyət gərgin olduğundan azərbaycanlılar təlaş içindədir: "Hazırda azərbaycanlıların həmin ərazilərdən başqa yerlərə köçürülməsi ilə bağlı fikirlər səslənir".
Qeyd edək ki, həlak olan azərbaycanlı ilə bağlı əlavə məlumatlar veriləcək.
AzNews.az