“Heç kim bilmir ki, övladım üçün nələr etmişəm”- Arif Quliyev

"Gündəlik" verilişinin qonağı olan gülüş ustası Arif Quliyev vəfat edən oğlu Fərid Quliyevdən söhbət açıb.


"Qafqazinfo"nun məlumatına görə, aparıcının "Oğlunuz rəhmətə getdi. Heç kim sizi bu cür oğul böyütdüyünüz üçün qınamadı?" sualını cavablandıran aktyor övladı üçün əlindən gələni etdiyini bildirib:

"Hər kəsin bir taleyi var. O zaman səni qınayırlar ki, övladın üçün nəsə etmirsən. Əgər övladın üçün çalışırsan, lakin nəticəsi olmursa, o zaman qınaq obyekti olmursan. Özümü bəzən qınayıram ki, gərək vaxtında oğlumla məşğul olardım. İnsanları boş-boş qınayırlar. Toya gedib yeyib-içib, rəqs edirlər. Toydan qayıdanda ev sahiblərini qınamağa başlayırlar, hər işlərində bir ayıb axtarırlar. Heç kim bilmir axı övladım üçün nələr etmişəm. Ən çox isə hər zaman sevilən, seçilən sənətçilər qınanır".

Qeyd edək ki, , xalq artistinin oğlu Fərid Quliyev qəsdən adam öldürmə maddəsi ilə məhkum olunub. Vərəm xəstəliyindən əziyyət çəkən Quliyev 2012-ci ildə vəfat edib.

AzNews.az