Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyaları sabahdan qüvvəyə minəcək

Avropa Birliyi Rusiyaya qarşı iqtisadi sanksiyaların üçüncü paketini hazırlayıb.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Brüsseldə keçirdiyi brifinqdə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə komissarı Ketrin Eştonun sözçüsü Maya Kosyanoviç deyib.

M. Kosyanoviç qeyd edib ki, sanksiyalar paketi artıq təsdiq olunub və avqustun 1-dən qüvvəyə minəcək.

AzNews.az