Avtomobillərin texniki baxış müddəti uzadıldı

Avtomobillərin texniki baxış müddəti bir neçə gün də uzadılacaq.

ANS TV-nin məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev qeyd edib ki, DYPİ-nin rəhbərliyi tərəfindən həmin məntəqələrə müvafiq göstəriş verilib ki, bu günlərdə, yəni texniki baxışa avtomobillərini çatdıra bilməyən sürücülərin də texniki baxışı davam etdirilir: "Texniki baxışdan keçməyən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəslər isə 300 AZN miqdarında cərimə olunacaqlar".


AzNews.az