Rusiyanın 5 bankının AB-yə girişi məhdudlaşdırıldı

Avropa Birliyi Rusiyanın 5 dövlət bankının Avropa Birliyinin kapitalı bazarlarına girişini məhdudlaşdırıb.

ANS PRESS-in məlumatına görə, bu banklar "Sberbank" ," VTB" ,"Qazprombank" ,"Vneşekonombank" və "Rosselxozbank"dır.

Avropa Birliyindən olan investorlara bu banklarla iş birliyi qadağan edilir. Bu Rusiya bankları tərəfindən buraxılmış istiqraz vərəqələri də etibarsiz sayilir.

Avropa Birliyi Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında qanunverici qətnaməni qəbul etdiyindən sanksiyalar qüvvəyə minib.

AzNews.az