“Qanun” Nəşrlər Evi dünyanın ən tirajlı yazıçılarından olan Dan Brounun daha bir əsərini – “CƏHƏNNƏM”i Azərbaycan dilində çap edib. “Qanun” Nəşrlər Evi dünyanın ən tirajlı yazıçılarından olan Dan Brounun daha bir əsərini – “CƏHƏNNƏM”i Azərbaycan dilində çap edib.

“Cəhənnəm” Azərbaycana gəldi - Dan Broun (FOTO)

“Qanun” Nəşrlər Evi dünyanın ən tirajlı yazıçılarından olan Dan Brounun daha bir əsərini – “CƏHƏNNƏM”i Azərbaycan dilində çap edib.

AzNews.az xəbər verir ki, dünya klassik ədəbiyyatının ən əzəmətli əsərlərindən sayılan "Cəhənnəm"dən qaynaqlanaraq yazılan bu kitab Den Braunun ən mükəmməl romanı hesab edilir. Misilsiz məzmunu kitabın ilk səhifəsini açdığınız andan onu bağlayanadək sizi ondan ayrılmağa qoymayacaq.



"Mütləq ki, axtaran tapar"

Harvardın görkəmli simvoloqisti Robert Lenqdon xəstəxanadan ayılanda bu sözlər qulaqlarında səslənirdi. Harada olduğunu, bura necə gəldiyini anlamırdı. Yükünün arasından çıxan qəribə əşyanın da bura necə düşdüyündən xəbəri yox idi.

Ölümlə hədələnən Lenqdon gənc həkim Sienna Bruksla Florensiya şəhərində təhlükəli təqiblərə məruz qalır. Yalnız Lenqdonun tarixin gizli keçidləri və qədim sirlərindən xəbərdar olması onları naməlum təqibçilərin pəncəsindən qurtara bilər.

Dantenin sirli və möhtəşəm şah əsəri olan "İlahi komediya"dan bir neçə sətir onlara renessans dövrünün məşhur abidələri, rəsmləri və tikililərində gizlənmiş kodlar zəncirini aça bilmək üçün yol göstərəcəkdir. Bu tapmacanın cavabları ilə onlar bəlkə dünyanı dəhşətli təhlükədən xilas edə bilərlər.

Əsərin tərcüməçisi: Əfsanə Nurəli Həmzəyeva