Cəlilabadda naməlum kişi meyiti tapıldı- VİDEO

Cəlilabad rayonunda naməlum kişi meyidi tapılıb.

ANS PRESS-in məlumatına görə, rayonun Qurtuluş küçəsindəki Şadlıq saraylarının birinin arxasındakı kol-kos içərisində olan meyit ətrafda yaşayan sakinlər tərəfindən aşkar olunaraq hüquq mühafizə orqanlarına xəbər verilib.

Məlum olub ki, dünyasını dəyişmiş şəxs Cəlilabad rayon Cavanşir küçəsinin sakini 1964-cü il təvəllüdlü Məmmədov Abas Fazil oğludur.

Meyit uzun müddət qaldığından o, tamamilə tanınmaz hala düşüb, lakin yaxınları onu üzərindəki paltarından tanıya bilib.

Qeyd edək ki, mərhum ailəli olub. O, içki düşkünü olduğu üçün ailəsindən bir müddət əvvəl ayrılıb və səfil həyat tərzi sürürmüş.

Elə ilkin ehtimallara görə də çoxlu içki qəbul etdiyi üçün dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.



AzNews.az