Yeni körpünün tikintisi başa çatıb - FOTO

M-3 avtomagistralının Hacqabul-Bəhramtəpə hissəsində 9-cu km-də Kür çayı üzərindəki körpüdə, son illərdə ağıryüklü maşınların intensiv hərəkəti ilə əlaqədar olaraq tez-tez aşırım tavalarında çökmələr baş verdiyindən, nəqliyyatın hərəkəti dayandırılır, onlar məcbur olaraq alternativ-daha uzun yollaradan istifadə etməli olurdular ki, bu da sürücülərin və sərnişinlərin haqlı narazılığına səbəb olurdu.

"Azəryolservis" ASC-cən Trend-ə bildiriblər ki, respublika rəhbərliyinin regionların inkişafına göstərdiyi qayğı və hörmətin icrası olaraq, qəzalı körpünün yanında yeni, daha da böyük yük götürmə qabiliyyətinə malik, çox uğurlu konstruksiyaya malik körpünün tikilməsinə qərar verildi və bu gün həmin körpünün tikintisi uğurla başa çatdırılmışdır.

Körpünün uzunluğu 317,7 m, qabariti Q-11,5, eni 14,85 m təşkil edir. Körpünün aşırım tirləri kəsilməyən monolit dəmirbeton tir olaraq, 3 aşırımdan ibarətdir. Orta aşırım tirlərinin uzunluğu 140 m , kənar tirlərin uzunluğu isə, 82 m təşkil edir. Aşırım tirlərinin en kəsiyi "korobka" şəkilli (içərisi boş) olmaqla, kənar hissələrdə hündürlüyü -8,5 m, orta hissədə isə 3,5 m təşkil edir.

Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC -nin sifarişi ilə tikilən bu körpü, yerli mühəndislərimizin daha bir uğurlu yol qurğusudur!

Körpünün istismara verilməsi, əhalinin Hacıqabul-Bəhramtəpə və əks istiqamətdə fasiləsiz, rahat gediş-gəlişini təmin edəcəkdir.

AzNews.az
image description image description image description