- Köhnə - Dünya
- 22 Avqust 2014 19:08
- 3 625
Qərb Rusiyanı tənqid etdi
ANS PRESS-in məlumatına görə, Birliyin xarici siyasət rəhbəri Katerine Eştonun sözçüsü Sebastien Brabant Rusiyanın öz humanitar yardımını Qızıl Xaç təşkilatının müşayiəti və Kiyevin razılığı olmadan göndərməsini ittiham edib.
Brabant Rusiyaya bildirir ki, Ukraynanın suverenliyinə hörmət edilməlidir.
Qeyd edək ki, Rusiyanın 300-ə yaxın yük maşını bir həftədir ki, Ukrayna sərhəddində Ukraynanın icazəsini gözləyir.
Avqustun 22-də isə onlarla yük maşını Kiyevin icazəsi olmadan gözləmədən şərqi Ukraynaya yola düşüb.
AzNews.az