- Köhnə - Region
- 26 Avqust 2014 21:47
- 5 712
Putinin Poroşenko ilə görüşü ləğv edildi - VİDEO, FOTO
ANS PRESS-in məlumatına görə, bu haqda Ukraynanın "1+1" kanalı bildirib.
"İndi biz bildik ki, planlaşdırılmış Poroşenko-Putin görüşü olmayacaq", - deyə telekanalın müxbiri bildirib.
O əlavə edib ki, prezidentlər gələcəkdə başqa ölkədə görüşə bilərlər.
Daha əvvəl "Ukrayna həqiqəti" qəzeti Ukraynanın Xarici İşlər Nazirliyinə istinadən yazmışdı ki, görüş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın inaqurasiyasında baş tuta bilər. Mərasim avqustun 28-də Ankarada keçiriləcək.
"Ukrayna həqiqəti" qəzeti qeyd edir ki, mümkün görüşün formatı indi işlənir. O görüş Ərdoğanın iştirakıyla ikitərəfli, həm də üçtərəfli ola bilər.
AzNews.az