“Mən bunu demişəm və yenə də deyirəm. Dünya dağılsa da, məni həbs etsələr də, Natəvan Həbibidən üzr istəməyəcəyəm”. “Mən bunu demişəm və yenə də deyirəm. Dünya dağılsa da, məni həbs etsələr də, Natəvan Həbibidən üzr istəməyəcəyəm”.

“Çıx, sübut et ki, erməni deyilsən" - Tolikdən Natavana

“Mən bunu demişəm və yenə də deyirəm. Dünya dağılsa da, məni həbs etsələr də, Natəvan Həbibidən üzr istəməyəcəyəm”.

Bunu AzNews.az-a prodüser Tarix Əliyev (Tolik) deyib.

O bildirib ki, N.Həbibinin Laçının işğal günü konsert vermək istəyinə qarşı çıxanda, o, müğənni tərəfindən hədələnib: "Natəvan bizim bu etirazımızdan sonra konsertin vaxtını dəyişdi. Mən onda yazmışdım ki, sən ermənisən. Dediyimi də danmıram. Mənim qanımda isə erməni qanı yoxdur. Natəvan məni məhkəməyə verib. Deyib ki, guya, onun şəxsiyyətini alçaltmışam. Mənim də vəkilim var. O, bu işlə məşğul olur".

Tolik məhkəməyə getməyəcəyini də söyləyib: "Mənim nə məhkəməyə getməyə vaxtım var, nə də Natəvan Həbibi haqqında fikirləşməyə həvəsim. Ona reklam lazım olanda mənim adımı çəkir. Çıx efirə atanın, ananın doğum haqqında şəhadətnaməsini təqdim elə və de ki, babam, nənəm filankəsdir. Amma bu şərtlə ki, "metirka" yenilənməmiş olsun. Çıx, sübut et ki, erməni deyilsən. Nətavan isə məhkəməyə üz tutub. Burda məhkəmə predimeti olan nə var ki? Sübut elə...Hesab edirəm ki, od olmayan yerdən tüstü çıxmaz. Nəsə var ki, deyirlər. Məndən əvvəl bunu çoxları da deyib. Zöhrab Natəvanın fanatıdır və illərlə onun yanında olub. Bunu o təkidlə deyirsə, deməli nə isə var".

Lalə
AzNews.az