- Köhnə - Cəmiyyət
- 29 Avqust 2014 07:46
- 3 310
Müəllimlərin nəzərinə!
Namizədlər "Şəxsi səhifə"sinə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər. Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin "Şəxsi səhifə"sinə göndəriləcək.
Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə 01.09.2014-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6 ("İçərişəhər" metrosunun yaxınlığı)) müsahibə keçiriləcək.
Qeyd edək ki, 2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün 25 avqust 2014-cü il tarixindən əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu həyata keçirilir.
AzNews.az