Daxili İşlər Nazirliyi, Nəqliyyat Naziri Ziya Məmmədovun qardaşı qızının avtoqəzada ölümü ilə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyi, Nəqliyyat Naziri Ziya Məmmədovun qardaşı qızının avtoqəzada ölümü ilə bağlı məlumat yayıb.

Ziya Məmmədovun qardaşı qızının ölümü ilə bağlı açıqlama-DİN

Daxili İşlər Nazirliyi, Nəqliyyat Naziri Ziya Məmmədovun qardaşı qızının avtoqəzada ölümü ilə bağlı məlumat yayıb.



AzNews.az DİN-nin saytına istinadən xəbər verir ki, avqustun 28-də saat 01:00 radələrində Xaçmaz rayonu ərazisində Quba şəhər sakini Ramiz Almazov idarə etdiyi "KİA" markalı avtomobili at arabası ilə tokkuşub. Nəticədə eyni istiqamətdə hərəkətdə olan Köhnə-Xaçmaz kənd sakini Məhərrəm Cəbiyevin idarə etdiyi "KamAZ" markalı avtomobil onun avtomobilinə dəyib. Hadisə zamanı R.Almazovun sərnişini - Bakı şəhər sakini Günay Ələsgərova hadisə yerində ölüb.

Hazırda faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

AzNews.az