Prezident Vladimir Putinin Rusiya hərbçilərinin Ukraynada hökumət qüvvələrinə qarşı aparılan hərbi əməliyyatlarda iştirakını gizlətmək cəhdi iflasa uğrayıb. Prezident Vladimir Putinin Rusiya hərbçilərinin Ukraynada hökumət qüvvələrinə qarşı aparılan hərbi əməliyyatlarda iştirakını gizlətmək cəhdi iflasa uğrayıb.

Putin ifşa olundu-Gizli dəfn olunan rus əsgərlərin qəbri tapıldı (Video+Foto)

Prezident Vladimir Putinin Rusiya hərbçilərinin Ukraynada hökumət qüvvələrinə qarşı aparılan hərbi əməliyyatlarda iştirakını gizlətmək cəhdi iflasa uğrayıb.

AzNews.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Putinin bu niyyəti Rusiyanın müxalifətdə olan siyasi dairələri və müstəqil mətbuat tərəfindən puça çıxarılıb.

Ölkənin bu məsələyə diqqətinin yönəlməsinə səbəb isə Rusiya Ordusunun Ukraynada ölən hərbçilərinin ölkənin ucqar kəndlərinin birində gizli şəkildə dəfn olunduğunu iddia edən Pıskov vilayətinin "Yabloka" Partiyasından seçilən deputatı Lev Şlosberqin Moskvada vəhşicəsinə döyülməsi olub.



Ötən şənbə evinin yaxınlığında döyülən deputat kəllə-beyin travması alıb, burnu sınıb, üz və bədən nahiyələrindən ağır xəsarətlər alıb. Vilayət Mərkəzi Xəstəxanasında müalicə olunan deputat açıqlamasında ona edilən hücumun bu məsələnin araşdırılması ilə birbaşa aidiyyatı olduğunu istisna etmir.
Məsələ burasındadır ki, deputat Ukrayna ərazisində Rusiya hərbçilərinin döyüşərək ölməsi faktını araşdıran və aşkara çıxaran ilk şəxs olub.

Deputatın şəxsi təşəbbüsü ilə məlum olub ki, Ukraynada həlak olan xüsusi təyinatlılar Pskov vilayətinin Vıbutı kəndinin məzarlığında gizli şəkildə dəfn ediliblər. Məxfililiyin saxlanılması üçün onların məzarına fotoları da vurulmayıb.

Deputatın bu açıqlamasından sonra informasiyanın həqiqiliyini araşdırmaq məqsədilə qəbristanlığa media nümayəndələri də gedərək, oradan reportaj hazırlamağa cəhd ediblər. Lakin özlərini təqdim etməyən bir qrup şəxs buna imkan verməyib. Hətta bəzi jurnalistlər döyülüb.

Məlumatda o da bildirilib ki, deputat döyülməmişdən əvvəl apardığı araşdırmanı fotonun yaddaşına da köçürə bilib.
Məlum olub ki, Pıskov vilayəti Vıbutı kəndində dəfn olunanlar avqustun 20-25 tarixlərində Ukraynanın Donbas bölgəsində separatçılar tərəfdə döyüşən Rusiya Ordusunun desant birləşməsinin hərbçiləridir. Əsgərlər burada avqustun 25-də dəfn olunublar.

Onların adları isə belədir: 1984-cü il təvəllüdlü Leonid Kiçatkin və 1993-cü Aleksandr Osipov.

Araşdırma zamanı bəlli olub ki, burada dəfn olunan hərbçilər 98-ci diviziyanın 331-ci desant-paraşüt alayının hərbçiləridir. Onlar Ukraynanın Donetsk vilayətində hökumət qüvvələri ilə döyüşdə həlak olublar.

Bu arada Rusiyada fəaliyyət göstərən Əsgər Anaları Komitəsi övladlarının Ukraynada döyüşlərə aparıldığını və artıq yüzlərlə hərbçinin öldüyünü iddia ediblər.







Məhəmməd
AzNews.az
image description image description image description