“Dərya”da dava: Türkiyə vətəndaşı döyüldü

Bakıda Türkiyə vətəndaşı döyülüb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

AzNews.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gecə saat 01:30 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Dərya" kafesində baş verib.

Döyülən şəxs 1979-cu il təvəllüdlü Ləvənt Karsell adlı şəxsdir.
Onun ağır vəziyyətdə olduğunu görən sakinlər, dərhal təcili yardıma müraciət ediblər. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Məsələ ilə bağlı Qaradağ rayonu Polis bölməsi ilə əlaqə saxladıq. Hadisənin necə baş verməsi ilə əlavə məlumat örgənməyə çalışsaq da, bu, baş tutmadı. Bölmədən bildirdilər ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyindən öyrənmək lazımdır.

Qeyd edək ki, apardığımız araşdırmaya görə, sözü gedən kafedə tez-tez davalar olur, cinayət hadisələri törədilir. Ötən ilin fevral ayının 13-də "Dərya" kafesində naməlum şəxs qəsəbə sakini Şaiq Rəhimova bıçaqla xəsarət yetirib. Xəsarətlə xəstəxanaya aparılan Ş.Rəhimov orada ölüb.

AzNews.az