Bu gündən Ukraynaya Slovakiyadan təkmilləşdirilmiş Voyan-Ujqorod boru kəməri ilə sutkada 27 milyon kubmetr olmaqla kommersiya xarakterli əks qaz təchizatı başlayıb. Bu gündən Ukraynaya Slovakiyadan təkmilləşdirilmiş Voyan-Ujqorod boru kəməri ilə sutkada 27 milyon kubmetr olmaqla kommersiya xarakterli əks qaz təchizatı başlayıb.

Ukrayna Slovakiyadan əks qaz təchizatına başladı

Bu gündən Ukraynaya Slovakiyadan təkmilləşdirilmiş Voyan-Ujqorod boru kəməri ilə sutkada 27 milyon kubmetr olmaqla kommersiya xarakterli əks qaz təchizatı başlayıb.


AzNews.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, qazın verilişi 2 sentyabr 12.55-dən etibarən başlayıb. Layihə Slovakiyanın "Eustream" kompaniyası tərəfindən həyata keçirilir.
Qaz nəqlinin tam normal rejimdə işləməsinə 2015-ci il martın 1-dən başlanacağı nəzərdə tutulub.

Kommersiya məqsədli qazın Ukraynaya ötürülməsi məqsədilə təşkil olunan tədbirdə Slovakiyanın Slovakiya Baş naziri Robert Fiço, Ukrayna Baş naziri Arseniy Yasenyuk, Avropa İttifaqının enerji departamentinin nümayəndəsi Klaus - Diter Borxard və eləcə də iki ölkənin rəsmi şəxsləri iştirak ediblər.

Verilən qazın hər kubmetri Ukraynaya 360 dollara başa gələcək.

AzNews.az