Səmada təhlükə var

Günəşdəki partlayışlar səngimək bilmir. Avqustun 25-də başlamış partlayışlar çox güclü elektromaqnit selləri ilə yanaşı, pulsarlar da yaradıblar.

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Günəş Dinamikasının Müşahidəsi Departamentinin alimləri kosmik teleskoplar vasitəsilə Günəşin sol tərəfində böyük partlayışların görüntülərini əldə ediblər.

Bu gün isə Günəşdə dalbadal 4 partlayış olub. Partlayışlar ifrat böyük səviyyədə radiasiya ilə müşayiət olunub.

M5 adlandırılan iki partlayış isə X sinfinə aid Günəş partlayışları kateqoriyasında ən zəif sayılıb.

Buna rəğmən, Günəşdə yeni pulsarların yaranmasına səbəb olacaq güclü partlayışlar istisna olunmur.

Günəşdəki partlayışlar elektromaqnit şüalanması, radiasiya və ultrabənövşəyi şüalar yaydığı üçün belə olayların yaşandığı günlərdə radioelektron qurğuların işində fəsadlar, meteohəssas insanların səhhətində isə problemlər yaranır (milli.az).


AzNews.az