Dünyada Sülh naminə Sübhan dağına qalxdılar


İran, Hollandiya, Fransa və Azərbaycandan Bitlisə gələn 150 dağ idmançısı 1sentyabr Dünya Sülh(Barış) Günü münasibətilə Sübhan dağına qalxıblar.

AzNews.az - ın İRNA agentliyinə istinadən xəbərinə görə 1 Sentyabr Dünya Sülh Günü fəaliyyətləri daxilində Süphan Təbiət İdmanları Klubu Derneyinin (SÜPHANDOSD) təşkil etdiyi tədbirə Türkiyə ilə bərabər İran, Hollandiya, Fransa və Azərbaycandan qatılan 150 alpinist Bitlisə gəldi.
Alpinistlər, Türkiyənin ən yüksək üçüncü dağı olan 4049 metr yüksəklikdəki Süphan dağına ediləcək dırmaşmanın əvvəlində 1 Sentyabr Dünya Sülh Günü münasibətilə sülh mesajları verdilər.
Dırmanışla əlaqədar jurnalistlərə müsahibəsində SÜPHANDOSD Klubu Başçısı Adəm Gül, məqsədlərinin dünya sülhünə diqqəti çəkmək olduğunu söylədi.
Gül, açıqlamasından sonra İran, Hollandiya, Fransa, Azərbaycan və Türkiyənin müxtəlif yerlərindən qatılan alpinistlərlə birlikdə Süphan dağına qalxmağa başladı.

Azər
AzNews.az