Ərdoğan Bakı planlarını açıqladı - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni postda işə sürətli başladı. Dünən Şimali Kipr Türk Cümhuriyyətində olan Ərdoğan az sonra Azərbaycana gəlir.

Daha doğrusu, Ərdoğanı gətirən təyyarə bu dəqiqə Ankaradan, Əsənboğa Beynəlxalq Hava Limanından havaya qalxdı. Onu da deyim ki, Ərdoğan Bakıya yeni təyyarəsi "Airobus 330-200" lə gəlir. Təyyarəyə minməzdən əvvəl o, açıqlama da etdi və Bakıda keçirəcəyi görüşün planlarını açıqladı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə iki tərəfli əlaqələri daha da inkişaf etdirmək, eyni zamanda da Qarabaq məsələsi müzakirə olunacaq.

Türkiyə prezidenti sentyabrın 4-də Bakıdan birbaşa, Böyük Britaniyanın Kardiff şəhərində gedəcək. O, burda sentyabrın 4 və 5-də NATO-nun "Şimal Yolu" sammitində iştirak edəcək.

Türkiyə mediasının məlumatına görə, Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın da qatılacağı toplantıda Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir. İki gün davam edəcək sammitdə üzv ölkələrin prezidentləri, baş nazirləri və müdafiə nazirləri iştirak edəcək.

Ərdoğanın açıqlamasından belə başa düşülür ki, bu sammitdə Ukrayna məsələsilə yanaşı, Suriya və İraqda baş verənlər də geniş müzakirə olunacaq.



AzNews.az