İŞİD ikinci amerikalı jurnalistin başını kəsməyə hazırlaşır

Terrorçular Amerikadan hava hücumlarını dayandırmağı tələb edir

"İslam Dövləti"nin sosial şəbəkələrdə yaydığı növbəti video-çarxda bildirilir ki, onlar 2-ci amerikalı jurnalistin başını kəməyə hazırlaşırlar. Bu barədə "The İndependent" qəzeti xəbər yayıb. Yazıda qeyd olunur ki, İŞİD üzvləri iki il əvvəl Suriyada qaçırılan amerikalı jurnalist Ceyms Foleyin başının kəsilərək öldürüldüyünü göstərən video "Amerikaya mesaj" başlığı ilə sosial şəbəkədə nümayiş olunub. Videonun həqiqi olduğunu Amerika hökuməti təsdiqləyib. Qəzet qeyd edir ki, baş kəsən şəxs Foleyin ölümünün ABŞ-ın İraqdakı İŞİD mövqelərinə təşkil etdiyi hava hücumlarının birbaşa nəticəsi olduğunu söyləmişdi.

Qeyd edək ki, beş ildir Yaxın Şərqdə çalışan Ceyms Foley 2012-ci ilin noyabrında silahlı şəxslər tərəfindən Suriyada qaçırılmışdı.



Qəzet bildirir ki, bu dəfə terrorçular Stefan Sotlofu başsız qoymaq niyyətindədirlər. 31 yaşlı cənab Sotlof "Time" və "Foreign Policy" jurnaları ilə əməkdaşlıq edib.

Amerikalı jurnalist 1 il öncə Suriyada yoxa çıxmışdı. Video-carxda eynən Ceyms Foley kimi narıncı rəngdə paltarda nümayiş etdirilən Stefan Sotlofun öldürülməsi ABŞ-ın İraqdakı İŞİD mövqelərinə təşkil etdiyi hava hücumları ilə əlaqələndirilir. Tələbsə odur ki, hücumlar dayandırılmasa, 2-ci jurnalistin də başı kəsiləcək.

Ağ Ev bəyan edib ki, videonun həqiqi və ya saxta olması haqqında hələ ki, konkret bir söz deyə bilmirlər. (Müsavat)

AzNews.az