Türkiyədə gənc bir qız işə gedərkən gözlənilmədən cinayət iştirakçısı olub. Türkiyədə gənc bir qız işə gedərkən gözlənilmədən cinayət iştirakçısı olub.

Avtobusda təcavüz etdi - bıçaqlandı

Türkiyədə gənc bir qız işə gedərkən gözlənilmədən cinayət iştirakçısı olub.


Anspress-in məlumatına görə, Türkiyənin Adana şəhərində 19 yaşlı Aysel adlı qız işə getmək üçün avtobusda arxa oturacaqlardan birində əyləşib. Elə hadisənin yaranma səbəbi də bundan sonra baş verib. Belə ki, qızdan arxa oturacaqda əyləşən 27 yaşlı Hüseyn adlı şəxs qıza toxunmağa, seksual xarakterli hərəkətlər etməyə başlayıb.

Qız isə bundan narahat olaraq, avtobusda səs-küy salaraq, həmin şəxsi biabır edib. Mübahisənin böyüdüyünü görən avtobus sürücüsü onların ikisini də yolda düşürməli olub. Aysel avtobusdan düşdükdən sonra çantasından çıxardığı bıçağı mübahisə zamanı Hüseynin köksünə sancıb.

Hadisənin baş verməsindən sonra ərazi üzrə polis bölməsinin əməkdaşları hadisə yerinə gələrək Ayseli bölməyə aparıblar. Faktla bağlı istintaq işi davam edir.

Ağır yaralı olan Hüseyn isə təcili yardım vasitəsilə Adana Dövlət Xəstəxanasına çatdırılıb.

AzNews.az