"Bizim vətəndaşlar orada erməni sərhədçinin simasını görməli deyil" - Prezident İlham Əliyev

“Bizim ərazimizdə heç bir operator, icarədar, ticarətçi ola bilməz. Ermənistan özü çox şey edə bilər. Mənim bundan xəbərim yoxdur. Onlar artıq dırnaqarası Avropa müşahidəçilərini sərhədə dəvət ediblər. Bunlar peşəkar casuslardır. Onlar İrana qarşı casus fəaliyyəti aparırlar. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, biz də onları görə bilirik”.

Bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunda Zəngəzur dəhlizinin ABŞ şirkəti tərəfindən icarəyə götürülməsinə dair yayılan xəbərlərlə bağlı suala cavabında deyib.

“Mən Əbu-Dabidə həmkarına dedim, bizim Azərbaycandan Azərbaycana təhlükəsiz keçid olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir.

Bizim vətəndaşlar orada erməni sərhədçinin simasını görməli deyil. Bu, bizim tələbdir. Əks halda vətəndaşlarımız təhlükə altında olacaqlar”, - dövlətimizin başçısı qeyd edib.

AzNews.az