Xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər Xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər
  • Paytaxt
  • 18 Oktyabr 2018 14:20
  •  5 987

Bu qurumun fəaliyyəti dayandırıldı - Eldar Əzizovdan göstəriş

Xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər

Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov quruma daxil olan idarələrdən birinin fəaliyyətini dayandırıb.

Eldar Əzizov Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındakı, sahibsiz heyvanlarla mübarizəyə cavabdeh olan Sanitariya və Texniki təmizlik İdarəsinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı göstəriş verib.

Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən idarədə təmir-tikinti işləri aparılır. Yeni layihədə heyvanlar üçün müasir sığınacaqların salınması və müasir mərkəzin qurulması nəzərdə tutulur. Bu səbəbdən də sahibsiz küçə heyvanları ilə müraciətlərə baxılmır.

Qeyd edək ki, sözügedən xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər. (unikal.org)