“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” prezidentin Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilib. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” prezidentin Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilib.
  • Paytaxt
  • 19 Oktyabr 2018 10:29
  •  6 321

Sahibkarlığın inkişafı üçün qərarda dəyişiklik edildi

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” prezidentin Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilib.

AzNews.az-ın məlumatına görə, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın səkkizinci abzasında “Sahibkarlığın” sözü “Biznesin” sözü ilə əvəz edilib.

“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaş-dırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli qərarında aşağıdakı dəyişikliklər edilib:

Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 1.1-ci bəndində “mobil səyyar xidmət bölmələri və “ASAN xidmət” mərkəzlərindəki” sözləri “mobil səyyar xidmət bölmələri, “ASAN xidmət” mərkəzlərindəki və kiçik və orta biznes evlərindəki” sözləri ilə əvəz edilir;

Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilib:

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanına uyğun olaraq yaradılmış kiçik və orta biznes evlərində arayışın verilməsi üçün ərizənin qəbulu və arayışın verilməsi həmin evlərdə fəaliyyət göstərən Xidmətin ərazi idarələrinin işçiləri tərəfindən həyata keçirilir.

Həmçinin “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın 2.3-cü bəndinə “ASAN xidmət mərkəzlərində” sözlərindən sonra “, kiçik və orta biznes evlərində” sözləri əlavə edilib.

© AzNews.az