Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli Rayon Məhkəməsinin yeni binasında yaradılan şəraitlə tanış olub. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli Rayon Məhkəməsinin yeni binasında yaradılan şəraitlə tanış olub.
  • Paytaxt
  • 22 Oktyabr 2018 13:29
  •  1 855

İlham Əliyev İmişlidə! - Yenilənib

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli Rayon Məhkəməsinin yeni binasında yaradılan şəraitlə tanış olub.

İmişli Rayon Məhkəməsinin sədri Qurban Hacıyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, binada prezidentin tapşırığına uyğun olaraq “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur qurulub. Məhkəmədə “elektron icra” sistemi tətbiq olunur və bu sistem vasitəsilə məhkəmə qərarlarının elektron qaydada icraya yönəldilməsi təmin edilir, məhkəmə ilə icra qurumu arasında sənədlərin kağızsız mübadiləsi həyata keçirilir.

Dörd hakim, 30-dək məhkəmə və ədliyyə işçisinin fəaliyyəti üçün nəzərdə tutulan binada müxtəlif tədbirlər keçirməyə imkan verən konfrans zalı və təlim otağı, habelə kitabxana, arxiv, təqsirləndirilən şəxslərin saxlanması üçün kameralar, konvoy maşını üçün dayanacaq və digər sahələr mövcuddur. İmişli Rayon Məhkəməsində vətəndaşların müraciət imkanlarının asanlaşdırılması və məlumatlılığın təmin edilməsi məqsədilə məlumat nöqtələri, habelə müasir elektron informasiya daşıyıcıları quraşdırılıb.

***

Prezident İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Komplekslə tanışlıq zamanı Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verildi.

Dövlətimizin başçısı İmişli “ASAN xidmət” mərkəzini işə saldı.

***

Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə 100 yerlik körpələr evi-uşaq bağçası inşa edilib

ktyabrın 22-də İmişli rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası açılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.

***

Prezident İlham Əliyev İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

İmişlidə Bayraq Muzeyi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişlidə Bayraq Muzeyinin açılışında iştirak edib.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış oldu.

***

“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub

Oktyabrın 22-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

***

Qarağacı-Bəhrəmtəpə yolu istifadəyə verilib

Prezidenti İlham Əliyev Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

İlham Əliyev İmişlidə Araz çayının yeni qol-kanalının açılışını edib

Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Mərasimdən sonra iqtisadiyyat naziri Şahin Mustafayev və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə layihə çərçivəsində görülən işlər və qarşıda duran planlar barədə məlumat verdilər.

Dövlətimizin başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevə rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib. (AZƏRTAC)

© AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description