Bu barədə millət vəkili Əli Hüseynli bildirib. Bu barədə millət vəkili Əli Hüseynli bildirib.
  • Paytaxt
  • 22 Oktyabr 2018 16:32
  •  1 565

Milli Məclisin Nizamnaməsi dəyişdirilir

Bu barədə millət vəkili Əli Hüseynli bildirib.

Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oxu.az-a müsahibə verib.

O müsahibəsində cərimələr və cərimələrin yüksək olması yönündə şikayətlərdən danışıb. Qeyd edib ki, cərimələrin məqsədi fiziki və hüquqi, o cümlədən vəzifəli şəxsləri hər hansı bir hüquqpozmadan çəkindirməkdir:

“Bu baxımdan, cərimə məbləğini bu subyektlər tərəfindən onların ödəmə qabiliyyəti ilə müqayisə etmək düzgün deyil. Hesab edirəm ki, bu məsələdə qanunvericilik söylədiyiniz “qızıl orta”nı bir çox məsələlərdə müəyyən edib. Amma ictimai münasibətlərdən asılı olaraq, yeni yaranan hüquqpozmaların cərimə miqdarlarının artırılması ilə bağlı bəzən yeni təkliflər daxil olur”.

Ə.Hüseynli rəhbərlik etdiyi komitənin fəaliyyəti barəsində də danışıb. Qeyd edib ki, yaxın günlərdə Milli Məclisin Nizamnaməsinə dəyişiklik müzakirəyə çıxarılacaq.

Ədil Ədilzadə
Aznews.az