Baş Qərargah rəisi İsrailin Müdafiə naziri və digər rəsmi şəxslərlə görüşəcək Baş Qərargah rəisi İsrailin Müdafiə naziri və digər rəsmi şəxslərlə görüşəcək
  • Paytaxt
  • 23 Oktyabr 2018 11:44
  •  1 474

Nəcməddin Sadıkov İsrailə rəsmi səfərə yola düşüb

Baş Qərargah rəisi İsrailin Müdafiə naziri və digər rəsmi şəxslərlə görüşəcək

AzNews.az xəbər verir ki, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov israilli həmkarı general-leytenant Qadi Ayzenkotun dəvəti ilə oktyabrın 23-də Tel-Əviv şəhərinə yola düşüb.
Rəsmi səfər çərçivəsində general-polkovnik N.Sadıkovun İsrailin Müdafiə naziri, Baş Qərargah rəisi və digər rəsmi şəxslərlə görüşü, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi nəzərdə tutulub.

© AzNews.az