"Azərbaycan tarazlaşdırılmış xarici siyasət aparır” "Azərbaycan tarazlaşdırılmış xarici siyasət aparır”
  • Paytaxt
  • 23 Oktyabr 2018 14:20
  •  1 489

"Yerevanda baş vermiş sarsıntılar prosesi yavaşıdıb" - Elmar Məmmədyarov

"Azərbaycan tarazlaşdırılmış xarici siyasət aparır”

“Dəfələrlə qeyd etdiyimiz kimi, Azərbaycan tarazlaşdırılmış xarici siyasət aparır”.

Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində “Mətbuatda Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olması məsələsi fəal müzakirə olunur. Həqiqətənmi, bu təşkilata üzv ölkələrlə danışıqlar aparır?” sualına cavabında deyib.

Nazir vurğulayıb ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərlə aktiv şəkildə ikitərəfli dialoq və bərabərhüquqlu əməkdaşlığı inkişaf etdirir, təbii ki, Ermənistandan başqa.

“Çünki bu ölkə Azərbaycana qarşı hərbi təcavüzü həyata keçirməyə və mənim ölkəmin beynəlxalq səviyyədə tanınmış ərazilərini işğalda saxlamağa davam edir”, - deyə nazir diqqətə çatdırıb.

"Təəssüf ki, Yerevanda baş vermiş hakimiyyət dəyişikliyi və bu günə qədər müşahidə olunan sarsıntılar müəyyən dərəcədə prosesi yavaşıdıb. Ümid edirik ki, Ermənistan rəhbərliyi yaxın zamanlarda mövcud format çərçivəsində və məlum gündəmə əsasən danışıqlar prosesini davam etdirmək üçün siyasi iradə nümayiş etdirəcək", - nazir fikrini tamamlayıb.

© AzNews.az