Qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb Qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb
  • Paytaxt
  • 23 Oktyabr 2018 16:39
  •  1 038

Əli Əhmədov Tacikistanın ölkəmizdəki səfiri ilə görüşüb

Qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb



YAP-ın Sədr müavini Əli Əhmədov Tacikistanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədov oktyabrın 23-də Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə partiyanın mənzil qərargahında görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP Sədrinin müavini Əli Əhmədov Azərbaycan ilə Tacikistan arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu nəzərə çatdırıb.

© AzNews.az