DSX rəisi İslamabada general Zübair Mahmud Hayatın dəvəti ilə gedib DSX rəisi İslamabada general Zübair Mahmud Hayatın dəvəti ilə gedib
  • Paytaxt
  • 23 Oktyabr 2018 17:28
  •  2 050

Pakistan generallarından Elçin Quliyevə isti münasibət- FOTOLAR

DSX rəisi İslamabada general Zübair Mahmud Hayatın dəvəti ilə gedib

2018-ci il oktyabr ayının 22-24-də Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın dəvəti ilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasında rəsmi səfərdə olub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AzNews.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəisi cənab general-polkovnik Elçin Quliyev Pakistan İslam Respublikasının Prezidenti cənab Arif Alvi tərəfindən qəbul edilib. Söhbət zamanı Azərbaycan və Pakistan arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq əlaqələrinin mövcudluğu, Pakistanın 1991-ci ildə Azərbaycan Respublkasının müstəqlliyini və Xocalı soyqırımını tanıyan ilk ölkələrdən biri olduğu, 1992-ci ildən iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu, ölkə rəhbərləri və hökumət nümayəndələri səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirildiyi, Dağlıq Qarabaq məsələsində Pakistanın daim Azərbaycanı dəstəklədiyi qeyd edilib.

General-polkovnik Elçin Quliyev Azərbaycanın dövlət sərhədlərində mövcud əməliyyat şəraiti haqqında Pakistan İslam Respublikasının Prezidentinə məlumat verib, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu və Azərbaycan-İran sərhədinin 132 km, Azərbaycan-Ermənistan sərhədinin isə 733 km hissəsinin nəzarətsiz qaldığını qeyd edib. Əlavə olaraq Dövlət Sərhəd Xidmətinin fəaliyyəti, həyata keçirilən islahatlar, maddi-texniki bazanın inkişafı üzrə görülmüş işlər və əldə olunmuş nəaliyyətlər barədə də məlumat verilib.

Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Z.M.Hayatla keçirilmiş görüş zamanı AR və Pakistan arasında dostluq əlqələrinin yüksək səviyyədə olduğu qeyd olunmuş, sərhəd təhlükəsizliyi sahəsində əlaqələrin qurulması və inkişaf etdirilməsi, qarşlıqlı təcrübə mübadiləsininin aparılması, tərəflərin müvafiq heyətinin xüsusi təlim və kurslarda iştirakı kimi məsələlər müzakirə olunub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Pakistan İslam Respublikasının Quru Qoşunlarnın Komandanı general Qamar Cavad Bacva, Hərbi Dəniz Qüvvələrinin Komandanı admiral Zəfər Mahmud Abbasi və Pakistan İslam Respublikasının 11-ci ordu korpusunun komandiri general-leytenant Nazir Əhməd Batla da görüşlər keçirib.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Elgün
AzNews.az

image description image description image description image description image description