Bu günlərdə Eleni Teoxarusun Albaniyada arzuolunmaz şəxs elan edilməsi ilə bağlı məlumat yayılıb. Bu günlərdə Eleni Teoxarusun Albaniyada arzuolunmaz şəxs elan edilməsi ilə bağlı məlumat yayılıb.
  • Paytaxt
  • 13 Noyabr 2018 17:01
  •  1 324

“Avropa Parlamenti Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır” - Leyla Abdullayeva

Bu günlərdə Eleni Teoxarusun Albaniyada arzuolunmaz şəxs elan edilməsi ilə bağlı məlumat yayılıb.

Bu günlərdə kütləvi informasiya vasitələrində Avropa Parlamentinin üzvü Eleni Teoxarusun Albaniyada arzuolunmaz şəxs elan edilməsi ilə bağlı məlumat yayılıb.

Həmin deputatın Azərbaycanda da arzuolunmaz şəxs olduğunu nəzərə alaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayevanın məsələyə münasibətini öyrəndik.

Leyla Abdullayeva deyib: “Bildiyiniz kimi, Avropa Parlamentinin Kiprdən olan üzvü E.Teoxarus ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edərək Azərbaycan qanunvericiliyini, o cümlədən beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğu üçün ölkəmizə girişi arzuolunmayan şəxslər siyahısına daxil edilib və Azərbaycan Respublikası Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə ona qarşı iş açılıb. Qeyd olunan deputatın Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyəti, erməni lobbisinin sifarişi ilə ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimi təşviq edən fəaliyyəti dəfələrlə tərəfimizdən ifşa edilib. Bu baxımdan onun adının növbəti belə bir halda hallanması təəccüb doğurmur. Ekstremist və qatı millətçi baxışlara sahib olan bu siyasətçinin Albaniya Respublikasının ərazi bütövlüyünə qarşı bəyanatları və bu ölkədə konstitusiya qaydasını pozmağa yönəlmiş cəhdləri Albaniya tərəfinin tamamilə haqlı qərarı ilə nəticələnib və Avropa Parlamentinin sözügedən üzvü növbəti bir ölkədə arzuolunmaz şəxs elan edilib. Hesab edirik ki, bu deputatın fəaliyyəti Avropa Parlamentinin etik məsələlərə məsul komitələri tərəfindən araşdırılmalıdır”.(AZƏRTAC)

© AzNews.az