Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə Quliyev Hətəm Hidayət oğluna “Əməkdar elm xadimi”, Babazadə Oqtay Baba oğlu və İsrafilov Yusif Həbib oğluna isə “Əməkdar mühəndis” fəxri adı verilib. Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə Quliyev Hətəm Hidayət oğluna “Əməkdar elm xadimi”, Babazadə Oqtay Baba oğlu və İsrafilov Yusif Həbib oğluna isə “Əməkdar mühəndis” fəxri adı verilib.
  • Paytaxt
  • 13 Noyabr 2018 18:17
  •  1 620

İlham Əliyev onları təltif etdi - SİYAHI

Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə Quliyev Hətəm Hidayət oğluna “Əməkdar elm xadimi”, Babazadə Oqtay Baba oğlu və İsrafilov Yusif Həbib oğluna isə “Əməkdar mühəndis” fəxri adı verilib.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə Quliyev Hətəm Hidayət oğluna “Əməkdar elm xadimi”, Babazadə Oqtay Baba oğlu və İsrafilov Yusif Həbib oğluna isə “Əməkdar mühəndis” fəxri adı verilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə Kəngərli Tələt Nəsrulla oğlu və Muxtarov Abdulvahab Şərif oğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.

Prezident İlham Əliyev daha bir sərəncamla Əliyev Adil Abas Əli oğlunu “Şöhrət” ordeni ilə, Abdullayeva Rasimə Rəşid qızı, Biryukova Larisa Nikolayevna, Rzayev Azay Qurbətoviç, Vəliyev Zəki Abdulla oğlu, Vəliyeva Vəsilə Aslan qızı və Zöhrabova Vəcihə Ramazan qızını “Tərəqqi” medalı ilə təltif edib.

AzNews.az