Ümumilikdə isə, Akademiyanın 8 məzunu hazırda Komitədə çalışır. Ümumilikdə isə, Akademiyanın 8 məzunu hazırda Komitədə çalışır.
  • Paytaxt
  • 14 Noyabr 2018 16:16
  •  1 424

Komitə sədri 3 xanım məzuna iş verdi

Ümumilikdə isə, Akademiyanın 8 məzunu hazırda Komitədə çalışır.

Dövlət Gömrük Komitəsi Akademiyasının 2017-2018-ci tədris ili üzrə təhsilini başa vurmuş üç xanım məzunu Komitədə işlə təmin olunub.

Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2017-2018-ci tədris ilində bu ali təhsil müəssisəsindən 37 tələbə, o cümlədən 4 nəfər xanım məzun olub. Məzunlardan 13 nəfəri Azərbaycanın, 3 nəfəri Türkiyə və Macarıstanın universitetlərində təhsillərini davam etdirirlər, 9 nəfəri hərbi xidmətdədir. Üç nəfər xanım məzun isə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin əmri ilə müsabiqədənkənar işə qəbul ediliblər.

Ümumilikdə isə, Akademiyanın 8 məzunu hazırda Komitədə çalışır.(axar.az)

© AzNews.az