Dövlət Proqramının icrasının gedişi barədə prezidentə məlumat vermək tapşırılıb. Dövlət Proqramının icrasının gedişi barədə prezidentə məlumat vermək tapşırılıb.
  • Paytaxt
  • 16 Noyabr 2018 20:34
  •  4 664

İlham Əliyevdən təhsillə bağlı VACİB SƏRƏNCAM

Dövlət Proqramının icrasının gedişi barədə prezidentə məlumat vermək tapşırılıb.

Prezident İlham Əliyev “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib.

Təhsil Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

AzNews.az