"Həmçinin 38 min şəxsin aylıq gəliri 48% artacaq" "Həmçinin 38 min şəxsin aylıq gəliri 48% artacaq"
  • Paytaxt
  • 17 Noyabr 2018 16:24
  •  3 243

Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama

"Həmçinin 38 min şəxsin aylıq gəliri 48% artacaq"

"2019-cu ildə 45 500 insanın pensiyası 35 faiz artacaq".

Bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, gələn il, həmçinin 38 min şəxsin aylıq gəliri 48% artacaq: "Pensiya təyinatının avtomatlaşdırılması hər il 67 min pensiya alan şəxsin həyatını yüngülləşdirəcək. Artıq pensiyaların təyin olunması avtomatik qaydada aparılacaq, vətəndaşlarımızın Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə getmələrinə ehtiyac qalmayacaq". (report)

© AzNews.az