Yaşar Güler və Vladimer Çaçibaian Şəhidlər xiyabanını ziyarət ediblər. Yaşar Güler və Vladimer Çaçibaian Şəhidlər xiyabanını ziyarət ediblər.
  • Paytaxt
  • 21 Noyabr 2018 10:34
  •  1 518

Baş Qərargah rəisləri Şəhidlər xiyabanında - FOTOLAR

Yaşar Güler və Vladimer Çaçibaian Şəhidlər xiyabanını ziyarət ediblər.

Üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın rəhbərlik etdikləri nümayəndə heyətləri noyabrın 21-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qonaqlar Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsi önünə, eləcə də şəhid məzarlarına əklil və gül dəstələri qoyublar.

© AzNews.az

image description image description