Səfir Azərbaycan və Braziliya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib. Səfir Azərbaycan və Braziliya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.
  • Paytaxt
  • 12 Dekabr 2018 20:56
  •  2 219

Braziliyanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatdı

Səfir Azərbaycan və Braziliya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.

Xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan və Braziliya arasında mövcud olan ikitərəfli əlaqələr, o cümlədən siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.

Səfir Santyaqo Luis Bento Fernandes Alkasar fəaliyyət müddəti ərzində Azərbaycan və Braziliya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə Səfir Santyaqo Luis Bento Fernandes Alkasara təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

AzNews.az