Səfər çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Səfər çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.
  • Paytaxt
  • 17 Dekabr 2018 19:10
  •  1 814

Həştərxan vilayətinin nümayəndələri Azərbaycana gələcək

Səfər çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru əvəzi Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 18-19-da Azərbaycana səfər edəcək.

Səfər çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycan hökuməti ilə Həştərxan vilayəti hökuməti arasındakı iqtisadi-ticarət, elmi-texniki və mədəni əməkdaşlığa dair sazişin əlaqəli şəkildə həyata keçirilməsinə dair danışıqlar aparılacaq.

Həştərxan vilayətinin Azərbaycanla əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, həmçinin qarşılıqlı sərmayə yatırımlarında, turizm və təhsil sahəsində əlaqələrin genişləndirilməsində, Bakı – Həştərxan təyyarə reyslərinin bərpasında maraqlı olduğu da qeyd olunur. (report)

AzNews.az