"Elə bir yol tapmalıyıq ki, insanlar söyüşə məruz qalmasın". "Elə bir yol tapmalıyıq ki, insanlar söyüşə məruz qalmasın".
  • Paytaxt
  • 13 Fevral 2019 16:25
  •  1 333

YAP-da QHT nümayəndələri ilə görüş keçirildi

"Elə bir yol tapmalıyıq ki, insanlar söyüşə məruz qalmasın".

Yeni Azərbaycan Partiyasının (YAP) qərərgahında qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüş keçirilib.

Tədbirdə YAP-ın sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini, parlamemtin İnsan Hüquqları Komitəsini sədri Bahar Muradova, YAP icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və QHT təmsilçiləri iştirak ediblər.

Tədbirdə sosial mediada təhqirlərin və digər bu kimi xoşagələz halların qarşısının alınması yollarının tapılması istiqamətində müzakirələr aparılıb.

Çıxış edən Əli Əhmədov deyib ki, sosial şəbəkələrdəki təhqirlərin qarşısı alınmalıdır.

Bahar Muradova bildirib ki, bu gün dünyanın yaratdığı texnoloji yenilik dünya üçün ciddi problemə çevrilib. O qeyd edib ki, internet üzərindən təhqirlər, mənəvi terror cəmiyyət üçün ciddi problem yaradır.

B.Muradova vurğulayıb ki, Azərbaycanda bu problemlərin qarşısını almaq üçün qanunvericilik əsaslarında imkanlar var və qanunvericilik bazası bütün beynəlxalq təşkilatların standartlarına uyğundur: “Lakin əfsuslar olsun ki, qanun çərçivəsindən çıxma geniş miqyas alıb. Bütün dünyada belədir. Bu çox ciddi məsələdir. Qanunlar internetdə baş verən bu eybəcərliklərin qarşısını almaqda acizdir. Biz qanunlara hər hansı məhdudlaşdırıcı maddələr əlavə etməyə niyyətində deyilik. İnsani kriteriyaları nəzərə alıb bu problemlə mübarizə aparmalıyıq”.

Azay Quliyev çıxışında deyib ki, sosial şəbəkələr vasitəsilə milli mənəvi dəyərlərimizə, xüsusiyyətlərimizə mənəvi terror edilir: “Sosial şəbəkələrdə dövlət, hakimiyyət orqanlarını gözdən salmağa çalışırlar. Bunu düşünülmüş siyasi məqsədlərlə edirlər. Sosial şəbəkələrdə söyüş adi hala çevrilib. Biz milli mənəvi dəyərlərimizin qiymətdən düşməsinə imkan verməməliyik, bu mənəvi terrora sözsüz qalmamalıyıq. Müzakirələr aparmalıyıq və elə bir yol tapmalıyıq ki, insanlar söyüşə məruz qalmasın”.

Digər çıxışçılar da sosial şəbəkənin gətirdiyi mənfi təzahürlərdən danışıblar və bu istiqamətdə maarifləndirmə işinin gücləndiriməsinin vacibliyini vurğulayıblar.(report.az)

AzNews.az