"Gözəl, qədim Gəncə şəhərindən unudulmaz təəssüratlarla ayrıldım!" "Gözəl, qədim Gəncə şəhərindən unudulmaz təəssüratlarla ayrıldım!"
  • Paytaxt
  • 15 Fevral 2019 09:20
  •  2 273

Mehriban Əliyeva bu dəfə gəncəlilərdən yazdı

"Gözəl, qədim Gəncə şəhərindən unudulmaz təəssüratlarla ayrıldım!"

Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünən Gəncəyə səfər ediblər.

"Qafqazinfo" xəbər verir ki, birinci xanım gəncəlilərlə bağlı təəssüratını instagramdakı “firstvicepresidentazerbaijan” rəsmi hesabında bölüşüb:

"Gözəl, qədim Gəncə şəhərindən unudulmaz təəssüratlarla ayrıldım! Azərbaycan milli koloritini bu qədər aydın ifadə edən şəhər! Təkrarsız ab-havası olan şəhər! Gəncənin qonaqpərvər, mehriban, zəhmətkeş və məğrur sakinləri! Səmimiyyət və istiqanlılığınıza, xoş arzularınıza, təbəssümünüzə görə sizə minnətdarlığımı bildirirəm! Allah hər zaman sizi qorusun!"(qafqazinfo.az)

AzNews.az